Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Microsoft” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.
SOCAR-ın təşəbbüsü ilə aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməllik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq.
Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.
“Xalq qəzeti”