Hacıqabulun elektrik şəbəkəsi yenidən qurulur

post-img

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC bölgələrdə elektrik şəbəkələri­nin yenidən qurulması, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması yönündə işlərini da­vam etdirir. 

Hacıqabul rayonunda aparılan işlər çərçivəsində Abdu­labad kəndinin elektrik şəbəkəsi tamamilə yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində kənddə 20 ədəd müasir tipli KTM-nin quraşdırılması nəzərdə tutulub. Hazırda 10 ki­lovoltluq 16 kiometr hava və 0.4 kilovoltluq 63 kilometr sip kabel xətləri çəkilir. 

Bununla yanaşı, rayonun Rəncbər və Qubalıbaloğlan kəndlərində də elektrik enerjisi təchizatının yenidən qurul­ması istiqamətində işlər görülür. Kəndlərdə 35 ədəd müasir tipli KTM quraşdırılır, 10 kilovoltluq 36 kilometr hava və 0.4 kilovoltluq 107 kilometr sip kabel xətləri çəkilir, yeni dəmir dayaqlar basdırılır. İşlər yekunlaşdıqdan sonra, ümumilikdə, 2500-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. 

Qeyd edək ki, hazırda “Azərişıq” ASC ölkənin region­ları üzrə 100-dən artıq kənddə yenidənqurma işləri həyata keçirir.

“Xalq qəzeti”

Son xəbərlər