İqtisadi artımla bağlı proqnozlar yenilənib

post-img

Maliyyə Nazirliyi bu il respublikada ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu yeniləyib. Bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonu­na gözləntilər sənədi”ndə bildirilir. 

Sənəddə deyilir ki, cari ilin büdcə layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, ÜDM 106 milyard manat, qeyri–neft–qaz ÜDM-i isə 73,3 milyard manat, real artım templəri isə müvafiq ola­raq 2,7 faiz və 4,5 faiz götürülüb. Lakin 2023-cü ilin ötən dövrünün makroiqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəə bazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.

“Xalq qəzeti”

İqtisadiyyat