Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri Suhail bin Muhammed Abanminin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
DGK-dan bildirilib ki, görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı yaranan əməkdaşlıqdan məmnunluqla bəhs edilib, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə risklərin idarəolunması, elektron ticarət, hüquqpozmalar, gömrük sistemində süni intellektin tətbiqi ilə bağlı müzakirələr aparılıb, hər iki ölkənin gömrük orqanlarının əldə etdiyi təcrübələrin öyrənilməsi və paylaşılması məqsədilə işçi qrupların yaradılması qərara alınıb.

