TÜRKSOY rəhbərliyi ilə müzakirə

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb.

Fonddan bildirilib ki, görüşdə müasir dövrdə ortaq köklərə, mədəniyyətə mən­sub türk xalqlarının bir-biri ilə daha geniş əlaqələndirilməsi üzrə birgə əməkdaşlı­ğın vacibliyindən söz açılıb.

Türk dünyasının çoxtərəfli inteqrasi­ya prosesində ümumtürk mədəni birliyi önəmli məsələlərdən biri kimi qiymətlən­dirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və bu il 30 illiyini qeyd edən TÜRKSOY-un qarşılıqlı fəaliyyətlərindən, türk xalqlarının görkəmli şəxsiyyətlərinin yaradıcı irsinin tanıdılması istiqamətində həyata keçirilən layihələrindən bəhs olu­nub.

TÜRKSOY tərəfindən Şuşa şəhərinin “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması vurğulanıb. Şu­şanın tarixi və mədəni irsinin təbliği yö­nündə Fond tərəfindən müxtəlif ölkələr­də “Şuşa günləri”nin keçirilməsi yüksək dəyərləndirilib.

Görüş Fond ilə TÜRKSOY arasında tərəfdaşlığın daha da gücləndirilməsinə və gələcək birgə layihələrə dair müza­kirələrlə davam edib.

“Xalq qəzeti”

Son xəbərlər