Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası

post-img

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi səd­rinin birinci müavini Azər Zeynalov gündəliyə daxil edilənm məsələlər barədə məlumat verib. Sonra mü­zakirələr başlanıb. Gündəlikdə duran birinci məsələ – “Naxçıvan Muxtar Respublikasının 2023-cü il bü­dcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran digər məsələlər – “Dövlət so­sial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesa­batı, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”, “Naxçıvan Muxtar Respubli­kası Ali Məclisinin komitələri haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik dav­ranış qaydaları haqqında”, Naxçıvan Muxtar Res­publikası Ali Məclisi sədrinin 2023-cü il 20 iyun tarixli Fərmanı ilə Baş nazirin müavini vəzifəsinə təyinat müzakirəyə çıxarılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında müvafiq qanun və qərarlar qəbul edilib, bəzi qanunlara dəyi­şikliklər olunub, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” təsdiqlənib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri­nin birinci müavini Azər Zeynalov 2023-cü il ölkəmiz­də “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı muxtar respublikada həyata keçirilən tədbirlər barədə məlu­mat verib.

Bildirilib ki, 2023-cü ilin ötən dövrü ərzində Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərə­findən 7 qanun, 51 fərman, 97 sərəncam və 5 qərar, eləcə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini tərəfindən 49 sərəncam im­zalanıb. 10 yanvar 2023-cü il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqqu­zuncu sessiyası, 16 may 2023-cü il tarixdə isə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası çağırılıb. 

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını Ermənistan tərəfinin “böl­gədə gərgin humanitar vəziyyət” iddialarına, Laçın sərhəd buraxılış məntəqəsinə “humanitar yük” adı altında konvoylar göndərməsinə münasibət bildir­məyə çağırıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

“Xalq qəzeti”



Son xəbərlər