İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib.
Bir sıra ölkələrdə “Qurani-Kərim”in təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Nazir müavini tədbirdə çıxış edərək xarici ölkələrdə müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumlarını islamofobiya ilə mübarizə aparmağa çağırış edib.
Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.

