Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi “Xalq qəzeti”ni peşəkar jurnalist fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
Mükafatı redaksiyada qəzetin baş redaktoru Əflatun Amaşova təqdim edən İctimai Birliyin sədri, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Bəhruz Məmmədzadə bildirib ki, ordu və hərbi vətənpərvərlik mövzusunun mediada işıqlandırılması ilə bağlı “Xalq qəzeti”nin çoxillik zəngin təcrübəsi həmişə ölkə jurnalistləri üçün örnək olub. Qəzetin yaradıcı kollektivi ərazilərimizin işğaldan azad edilməsi zamanı Silahlı Qüvvələrimizin, eləcə də xüsusu təyinatlı bölmələrin göstərdiyi tarixi rəşadətinin canlı və parlaq salnaməsini yaradıb.
Vətən müdafiəçilərinin öncül dəstəsi olan Xüsusi Təyinatlıların İctimai Birliyinin təltifinin kollektiv üçün dəyərli olduğunu söyləyən baş redaktor Əflatun Amaşov qeyd edib ki, ölkənin etibarlı müdafiəsi, əsgər və zabitlərimizin nümunəvi xidməti, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bundan sonra da qəzetin fəaliyyətində layiqli yer tutacaq.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mükafatın təqdim edilməsində iştirak edib.
T.RÜSTƏMLİ, “Xalq qəzeti”

