“Euronews” Laçında bərpa-quruculuq işləri ilə bağlı süjet yayımlayıb

post-img

"Euronews" telekanalı Azərbaycanın Laçında gördüyü bərpa-quruculuq işləri, Laçına qayıdan keçmiş məcburi köçkünlərlə bağlı reportaj hazırlayıb.

Telekanal tərəfindən hazırlanan süjetdə deyilir:

"Azərbaycanın qərbində yerləşən Laçın şəhə­rində geniş bərpa-qurucluq işləri görülür. Baxdığınız hər yerdə Ermənistanla Azərbaycan arasındakı son müharibənin izlərini silmək səyləri göz qabağında­dır", – deyə qeyd edilib.

Süjetdə Euronews-un beynəlxalq müxbiri Aneli­se Borges Laçına qayıdan keçmiş məcburi köçkün­lərlə danışıb.

Son xəbərlər