Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanıldı

post-img

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan–Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı, 1962-ci təvəllüdlü Raşid Beqleryan saxlanılıb.

Bu barədə DSX-dən məlumat verilib.

Son xəbərlər