“UZAZ-2023” təlimi başlayıb

post-img

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb.

Daşkənd vilayətinin Çirçik poliqonun­da keçirilən birgə təlimin birinci mərhələ­sində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər.

Təlimin əsas məqsədi qarşılıqlı təcrü­bə mübadiləsinin aparılması, hər iki döv­lətin hərbi qulluqçularının qarşılıqlı əlaqə­də fəaliyyətinin təşkili, həmçinin qərargah zabitlərinin xəritə üzərində qərar qəbul-etmə bacarıqlarının artırılması, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da yüksəldilməsidir.

Son xəbərlər