Yaponiya hökumətinin mina qurbanlarına dəstək layihəsi sona çatıb

post-img

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Koreya Respublikası hökümətinin “İnsan Təhlükəsizliyinin Artırılması” Beynəlxalq İnam Fondunun vasitəsilə göstərdiyi maliyyə dəstəyi hesabına həyata keçirilmiş “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 2” adlı layihənin icrasının sona çatması ilə əlaqədar bu layihədən birbaşa faydalanmış mina qurbanlarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsait təmin etməkdən ibarət olub.

Mətbuat konfransında bu layihədən birbaşa faydalanmış mina qurbanları öz həyat hekayələrini danışıb və bu layihədə iştirak etmələri barədə məlumat veriblər.  

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Son xəbərlər