UEFA “Yuventus”u cəzalandırıb

post-img

UEFA İtaliyanın “Yuventus” klubunu avrokubok yarışlarından kənarlaşdırıb. Bu barədə “Marca” nəşri İtaliya mətbuatına istinadən yazıb.

Mənbə qeyd edib ki, qitənin nüfuzlu futbol qurumu Turin təmsilçisinin maliyyə fırıldağına yol verdiyini aşkarlayıb. Buna görə də “qoca sinyora”nı cari mövsüm UEFA Konfrans Liqasında iştirakdan məhrum edib.

Qeyd edilir ki, “Yuventus”u qitənin üçüncü dərəcəli klub turnirində 2022-2023 mövsümündə A seriyasını 8-ci pillədə tamamlayan “Fiorentina”nın əvəzləyəcəyi vurğulanıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman