Qırğızıstanın fond birjaları ilə əlaqələr dərinləşir

post-img

Çolpon-Ata şəhərində Qırğız Fond Birjası QSC ilə Bakı Fond Birjası arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Qırğız Fond Birjasının prezi­denti Mədət Nəzərəliyev və Bakı Fond Birjası İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev im­zalayıblar.

Sənəd iqtisadi əlaqələrin inkişafına və iki ölkənin fond birjaları arasında qarşılıq­lı münasibətlərin dərinləşməsinə kömək edəcək. Əməkdaşlığın əsas istiqamətləri birja ticarətinin təşkili, texniki infrastruktur və postreydinq mühitinin yaxşılaşması üzrə təcrübə mübadiləsi aparmaqdır.

“Xalq qəzeti”

Son xəbərlər