Tikinti-abadlıq işləri genişlənir

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” həm Naxçıvan şəhərinin, həm də muxtar respublikanın bütün ra­yon və kəndlərinin inkişafına təkan verəcək.

Dövlət Proqramının icrası çərçivəsində yaşayış komplekslərinin, sosial yönümlü obyektlərin müasir memarlığın tələblərinə uyğun şəkildə tikintisi davam etdiriləcək.

Naxçıvan Dövlət Xalça Muzeyi üçün yeni bina, 1000 yerlik yeni məktəb binası­nın inşası planlaşdırılıb, Naxçıvan və Ordubad şəhərlərinin tarixi hissəsinin yenidən qurulacağı nəzərdə tutulub. Eyni zamanda, Naxçıvanda Qızlar bulağı, Əcəmi sey­rangahı, Möminə xatun türbəsi, Mərkəzi bazar və Bazarçay gölünün ətrafında da yeni layihələrin icrası planlaşdırılıb. 

“Xalq qəzeti”

Son xəbərlər