Vergi ödəyicilərin sayı 2,1 dəfə artıb

post-img

Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-iyun aylarında 2936 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 88,3 faizi fiziki, 11,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən bil­dirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alın­mış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslə­rin sayı 2 dəfə, hüquqi şəxslə­rin sayı isə 34 dəfə artıb. Cari ilin I yarımilində kommersiya qurumlarının 55,4 faizi elektron qaydada, 44,6 faizi isə kağız da­şıyıcılar vasitəsilə edilən müra­ciətlər əsasında uçota alınıb.

Yeri gəlmişkən, hesabat dövründə vergi daxilolmaları da artıb. Belə ki, bu ilin I yarısında Naxçıvan Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 75,9 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

Məlumata görə, təkcə iyun ayında muxtar respublikada vergi daxilolmaları 12,6 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 20,8 faiz çoxdur.

“Xalq qəzeti”

Son xəbərlər