Partlayışla bağlı cinayət işi açılıb

post-img

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavo­dunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmə­dovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəl­ləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

Bu barədə Baş Prokurorluğun mətbu­at xidmətindən bildirilib.

***

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodun­da bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sur­sat partlayışı üzrə Şirvan Şəhər Pro­kurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbu­at xidmətindən məlumat verilib.

Hazırda hadisə yeri şəhər prokurorlu­ğunun əməkdaşları və prokuror-krimina­list tərəfindən müayinə olunur.

Son xəbərlər