Çarli Çaplinin qızı Cozefina vəfat edib

post-img

Çarli Çaplinin qızı, aktrisa Cozefina Çaplin Fransada dünyasını dəyişib.

“Le Figaro”nun məlumatına görə, aktrisanın yaxınları onun 2023-cü il iyulun 13-də Parisdəki evində dünyasını dəyişdiyini bildiriblər. Ölümün səbəbləri açıqlanmayıb. Jozefinanın 74 yaşı var idi. Çaplinin varisləri aktrisa ilə vidalaşmanın dar ailə dairəsində və mətbuatda işıqlandırılmadan baş tutduğunu bildiriblər.

Cozefina Çaplin aktyor və rejissor Çarli Çaplinin amerikalı aktrisa Oona O'Nil ilə dördüncü evliliyindən anadan olub. Onun böyük bacısı Ceraldine Chaplin idi, o, eyni zamanda, aktrisa olub.

Jozefinanın filmoqrafiyasında 20-dən çox layihə var, lakin onun "Kenterberi nağılları" və "Qırmızı gecələr" filmlərindəki rolları ona ən böyük şöhrət gətirib.

"Xalq qəzeti"

Son xəbərlər