Qarabağ erməniləri Laçın keçidindən istifadə etməkdə davam edirlər - VİDEO

post-img

BQXK-nın müşayiəti ilə bu gün, iyulun 22-də Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin Laçın Sərhəd-Buraxılış Məntəqəsindən (SBM) sərbəst keçidi təmin edilib.

Caliber.Az-ın məlumatına görə, Xankəndi-Gorus marşrutu ilə hərəkət edən 31 nəfər mülki şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın SBM-dən keçib.

Caliber.Az-a təqdim olunan kadrlar mülki şəxslərin sənədlərinin yoxlanılması prosesini əks etdirir.

Yoxlandıqdan sonra onların SBM-dən sərbəst keçməsi təmin edilir.

Bu görüntülər Qarabağ ermənilərinin Laçın SBM-dən keçməsində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.

 


Son xəbərlər