Krımdakı aviabazada yanğın olub - VİDEO

post-img

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmir yolu stansiyası yaxınlığında yanğın olub.

Bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) neft bazasına və aerodroma zərbələr endirib. Nəticədə yanğın olub.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir.

"Xalq qəzeti"


Dünya