Əsgər ölümü ilə bağlı cinayət işi açılıb

post-img

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə CM-nin 125-ci (özünü öldür­mə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir.

Son xəbərlər