Ermənistanın antikorrupsiya məhkəməsi sabiq prezident, Qarabağ canisi Robert Köçəryanın və onun 7 ailə üzvünün əmlakına həbs qoyub.
Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məhkəmə müvafiq qərarı Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə idarəsinin müraciətinə əsasən qəbul edib.
Baş Prokurorluğun məlumatına görə, Köçəryanın və onun ailə üzvlərinin İrəvandakı 20 daşınmaz əmlakı, 2 avtomobili, 18 yerli və xarici şirkətdəki səhmləri, qiymətli kağızları və 1,5 milyon dollarlıq əmanəti qanunsuz hesab olunur. Müsadirə olunan əmlakın siyahısına 22 milyard dram (təxminən, 57 milyon dollar) qanunsuz mənşəli vəsaitlər də daxildir.
“Xalq qəzeti”