Erməni qadın Azərbaycan sərhədçilərinə təşəkkür etdi

post-img

Dünən Azərbaycanın Qarabağ bölgəsində yaşayan, tibbi yardıma ehtiyacı olan erməni əsilli vətəndaşlar BQXK-nın vasitəçiliyi və Azərbaycan dövlət qurumlarının nəzarəti altında Laçın sərhəd-keçid məntəqəsindən Gorus istiqamətində keçiblər.

Azərbaycanlı həkimlərin sərhəd-keçid məntəqəsində olması və BQXK ilə əmək­daşlıq etməsi tibbi evakuasiya prosesinin təmin olunmasına kömək edib.

Yeri gəlmişkən, proses zamanı ma­raqlı mənzərə də yaşanıb. Yaşlı erməni qadın pasport yoxlamasına getmək üçün maşından düşəndə Azərbaycan sərhədçi­si ona nəzakətlə “Siz qalın” deyib və ona növbədən kənar buraxılacağını bildirib. 

Qadın maşına qaytarıldıqdan sonra “Sağ olun, uşaqlar, sağ olun” deyə Azər­baycan tərəfinə təşəkkür edib.

Xatırladaq ki, iyulun 14-də xarici işlər naziri Ceyhun Bayramov BQXK-nın Azər­baycandakı nümayəndəsi Draqana Koziçi qəbul edərkən BQXK-nın vasitəçiliyi ilə və tələblərə uyğun olaraq erməni sakin­lərin tibbi məqsədlərlə Laçın sərhəd-keçid məntəqəsindən keçidinin davam etməsi­nin mümkünlüyünü bildirmişdi.

Son xəbərlər