FHN sənəd qəbulunu 7 şəhərdə həyata keçirəcək

post-img

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14.06.2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən sənəd qəbulu həyata keçirilir.

Belə ki, fərmana müvafiq olaraq, 1 iyun 2023-cü il tarixinədək tikinti-quraşdırma işlə­ri başa çatmış qeyri-yaşayış təyinatlı binaların yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab ver­məsi, qaldırıcı qurğuların və digər təhlükə po­tensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mü­həndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığı baxımından müayinə edil­məsi, müayinələrin nəticəsinə dair istismara hazır olması barədə rəylərin tərtib edilməsi və bu rəylər əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyri-yaşayış təyinatlı obyektlərin istismarına icazənin verilməsi nəzərdə tutulur.

Bu məqsədlə, FHN-in Tikintidə Təhlükə­sizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı, Gəncə, Xaçmaz, Yevlax, Salyan, Lənkə­ran və Qəbələ şəhərlərində Fərmanın icrası ilə bağlı sənəd qəbulu aparılır. Qeyri-yaşayış tə­yinatlı obyektlərin istismarına icazənin veril­məsi üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlər qeyri-yaşayış obyektinin sifarişçisi (sahibi) və ya onun qanuni nümayəndəsi tərə­findən şəxsən təqdim edilməlidir.

Ərizə forması, tələb olunan sənədlər, sənəd qəbulu aparılan ünvanlar və digər mü­vafiq məlumatları bu səhifəyə daxil olmaqla əldə etmək mümkündür – https://www.fhn.gov.az/?aze/news/xronika/2023/4/3/1030

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər