Ceyhun Bayramov Tobias Lindner ilə görüşüb

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədə­niyyət, təhsil və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, yüksək səviyyəli səfərlərin, o cümlədən siyasi təmasla­rın bu dinamikanın artımında əhəmiyyətli yer tutduğunu bildirib. 

Ceyhun Bayramov, həmçinin postmü­naqişə dövründə bölgədə mövcud vəziy­yət, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə qarşı tərəfi ətraflı mə­lumatlandırıb. 

Dövlət naziri Tobias Lindner, Azər­baycan və Almaniya arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün bö­yük imkanlar olduğunu bildirib. O, müxtə­lif sahələr, xüsusilə ənənəvi və alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.

“Xalq qəzeti”

Son xəbərlər