Baş prokuror Naxçıvanda vətəndaşlarla görüşüb

post-img

Dünən Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 70 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması za­manı yol verilmiş qanun pozuntularının, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarak­terli mübahisələrin və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstə­rişlər verib.

“Xalq qəzeti”

Son xəbərlər