Əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

post-img

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev iyulun 11-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə iki ölkə ara­sında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasi­ya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişlən­dirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan-Çin Hö­kumətlərarası Ticarət-İqtisadi Əmək­daşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

“Xalq qəzeti”

Son xəbərlər