Diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb

post-img

Dünən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildirilib ki, ADA Univer­sitetində təşkil edilmiş açılış tədbirində Nazirliyin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən dip­lomatik nümayəndəliklərinin rəhbərləri iş­tirak ediblər. 

Müşavirədə açılış nitqi ilə xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Ad­ministrasiyasının Xarici siyasət məsələlə­ri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. 

Çıxışlarda, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmi­zin xarici siyasət prioritetləri, mövcud ça­ğırışların qarşısının alınması istiqamətin­də atılan mühüm addımlar və əldə edilmiş nailiyyətlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, çoxtərəfli platformalarda iştirakımız, müxtəlif is­tiqamətlər üzrə əməkdaşlıq perspektivləri barədə strateji istiqamətlər müəyyən edi­lib və müvafiq təlimatlar verilib. 

Müşavirə regionlar üzrə paralel pa­nel müzakirələri, habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət və xidmətlərin təşkili məsələlərinə dair sessiyalarla davam etdirilib.

İyulun 12-də müşavirənin mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım və diaspora məsələləri, çoxtərəfli diploma­tiya və hərbi-siyasi təhlükəsizlik məsələlə­ri, parlament əlaqələri, ictimai diplomatiya və media məsələlərinə dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.

İyulun 13-də isə Xarici İşlər Nazirliyi­nin rəhbər heyətinin və əməkdaşlarının, ölkəmizin xaricdə fəaliyyət göstərən dip­lomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və “Ağ­damın dirçəlişi” adlı tədbirin təşkili plan­laşdırılıb.



Siyasət