Müqəddəs Taxt-Tacın dövlət katibi Heydər Əliyev Mərkəzində olub

post-img

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin iyulun 10-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. 

Pietro Parolin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məza­rını ziyarət edərək əziz xatirəsini ehti­ramla anıb. 

Müqəddəs Taxt-Tacın dövlət katibi, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən­daşlarımızın məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə gül dəstə­si qoyub. 

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkə­zinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyət istiqamətləri və bu­rada nümayiş olunan sərgilər barədə məlumat verib. 

Mərkəzdə, həmçinin Azərbayca­nın mədəniyyət naziri Adil Kərimli ilə Müqəddəs Taxt-Tacın dövlət katibi kar­dinal Pietro Parolinin görüşü olub. 

Görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri mü­zakirə edilib. 

Görüş zamanı Müqəddəs Taxt-Ta­cın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlə­rarası Dialoq Forumuna dəvət olunub. 

Qeyd edək ki, Pietro Parolin Bakıda Tereza Ananın Mərhəmət bacıları sığı­nacağında və Müqəddəs Məryəm Ka­tolik Kilsəsində də olub. 

İyulun 11-dək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi, həmçinin dini icmaların nümayəndələri ilə görüşlər keçirəcək. 

Qarşılıqlı hörmətə əsaslanan Azər­baycan–Müqəddəs Taxt-Tac əlaqələ­ri böyük inkişaf yolu keçib və hazırda Azərbaycanla Müqəddəs Taxt-Tac ara­sındakı siyasi dialoq yüksək səviyyədə­dir. 

Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbay­canın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfin­dən Vatikanda bəşəri əhəmiyyət daşı­yan bir sıra tarixi abidələrin bərpası mə­dəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədə­niyyətlər və dinlərarası əlaqələrin inki­şafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.



Son xəbərlər