Azərbaycanda problemli kreditlərin ümumi kredit portfelinə nisbəti beynəlxalq standartların tələb etdiyi faiz dərəcəsindən aşağıdır.
“Xalq qəzeti” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
Birlik rəhbəri qeyd edib ki, bank mübahisələrində mediasiyanın tətbiqi problemli kreditlərin azalmasına təsir edib və banklar mediasiya tətbiqindən istifadə etməkdə maraqlıdır. Hazırda bank sektoru üzrə problemli kreditlərin məbləği 500 milyon manatdan azdır.
Anar ƏLİ,
“Xalq qəzeti”