Qırğızıstanla turizm əlaqələri genişlənir

post-img

Azərbaycanla Qırğızıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev arasında keçirilən görüşdə müzakirə olunub.

Tarixdən bəllidir ki, Azərbaycan və qırğız xalqları eyni kökə, mədəniy­yətə, qədim qardaş münasibətlərinə və ənənələrə malikdirlər. Bundan başqa, xalqlarımızı dil və din eyniliyi də birləş­dirir.

Dövlət Turizm Agentliyindən bildiri­lib ki, Qırğızıstan səfiri ilə görüşdə bey­nəlxalq təşkilatlar çərçivəsində əmək­daşlıq əlaqələrinin genişləndirilməsinin, birgə təbliğat tədbirlərinin keçirilməsinin və təcrübə mübadiləsinin vacibliyi vur­ğulanıb. Eyni zamanda, qarşılıqlı tanıtım səfərlərinin təşkili və turist mübadiləsinin artırılması üçün birbaşa uçuşların əhə­miyyəti haqqında fikir mübadiləsi aparı­lıb.

Səfir Kayrat Osmonaliyev bildirib ki, bu il iyulun 22-dən etibarən Bişkek və Bakı arasında həftədə 1 dəfə olmaq­la birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2023-cü ilin yanvar–may aylarında Qırğızıstandan Azərbay­cana 1733 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 51 faiz artım deməkdir.

“Xalq qəzeti”

Son xəbərlər