Ordumuzun Ağdamdakı mövqeləri atəşə tutulub

post-img

İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mət­buat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan is­tiqamətdə adekvat cavab tədbirləri görü­lüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzun­müddətli fortifikasiya qurğularını quraş­dırmağa cəhd göstəriblər.

Bölmələrimizin gördüyü təxirəsalın­maz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

“Xalq qəzeti”

Son xəbərlər