“Heydər Əliyev İli” ilə əlaqədar YAP Goranboy rayon təşkilatı iyunun 24-də rayon Mədəniyyət Mərkəzində tədbir keçirib.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirib ki, Ümummilli lider Azərbaycanın tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev söyləyib ki, Ulu öndər Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyiblər.
“Xalq qəzeti”