Almaniya Prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub

post-img

Almaniya Prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına (Qazaxıstan) yan almış RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olublar.

ASCO-dan bildirilib ki, Almaniya Pre­zidentinə “Zərifə Əliyeva” gəmi-bərəsi­nin ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zən­cirinin inkişafında mühüm rol oynaması ilə bağlı məlumat verilib.

Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zə­rifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub. Bu gəmi yükgötürmə qa­biliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avto­mobili/TİR daşımaq imkanına malikdir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Alma­niya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.

“Xalq qəzeti”

Son xəbərlər