Bakıda qardaş Tatarıstanın Sabantuy milli bayramı

post-img

Bakı Dənizkənarı Bulvarının ərazisində Sabantuy tatar milli bayramı qeyd edilib. Şənlikdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər. Bu il bayram Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

Qonaqlar əvvəlcə Dənizkənarı Bul­varın ərazisində yaradılmış tematik guşələrlə tanış olublar. Sonra Azərbay­canın və Tatarıstanın incəsənət ustala­rının iştirakı ilə konsert proqramı təqdim edilib. 

Bayram bayrağını Qarabağ müha­ribəsi qazisi Rasim Yaxin və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar. 

Qonaqları salamlayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Rüstəm Nurqaliyeviç, Sizi salamlamaq və bu gün Bakıda keçirilən tədbir ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmaq mənim üçün böyük şərəfdir. Bakıda ta­tar diasporunun fəaliyyəti həmin dostlu­ğun, sülh şəraitində yaşamağın, inkişaf və tərəqqinin parlaq nümunəsidir”. 

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixa­nov bildirib ki, gözəl və qardaş şəhər olan Bakıda olmaq onun üçün böyük şərəfdir: “Biz bu gün təkcə belə böyük bayram olan Sabantuyu qeyd etmirik, həm də çox gözəl insan Heydər Əliye­vin xatirəsinə ehtiramımızı ifadə edirik. O, Sovet İttifaqının inkişafına böyük töhfə verib. Heydər Əliyev respublika­mızın ən yaxın dostu və bax bu gözəl ölkənin böyük xidmətləri olan atası idi”. 

Sonra bir sıra şəxslərə Tatarıstanın mükafatları təqdim edilib. 

“Milli müdriklik evi” adlanan sahədə tatar ictimai xadimlərinə və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mənəviyyat, mədəniy­yət, maarifçilik” adlı sərgi ekspozisiyası hazırlanıb. Mədəni tədbirin proqramı çərçivəsində xalq sənəti yarmarkası və müxtəlif müsabiqələr də keçirilib.

“Xalq qəzeti”



Son xəbərlər