Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası

post-img

İyunun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Azərbaycan Res­publikasının Baş naziri, ARDNF-in Mü­şahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəa­liyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barə­də məsələlər ətraflı müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzə­si dinlənilib.

Yekunda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barə­də layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub. 

“Xalq qəzeti”

Son xəbərlər