Məmurlar da həbs edilir

post-img

Şərqi Azərbaycanın yeni salınmış Səhənd şəhərində bələdiyyə məmurları və Şəhər Şurasının üzvləri həbs edilib. Bu barədə Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğu məlumat yayıb. 

Məlumatda saxlanılanların kimliyi və sayı barədə açıqlama verilməyib. Lakin onların korrupsiya, mənim­səmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunduğu bildi­rilir. Həbs əməliyyatının Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən keçirildiyi və Səhənd Şəhər Şurasının ofisinin bağlandığı qeyd edilib.

Xatırladaq ki, Beynəlxalq Şəffaflıq Təşkilatının fevralın əvvəlində yaydı­ğı hesabatda İran ən çox korrupsiy­yaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dün­yanın ən korrupsiyalaşmış ölkələrin­dən biri hesab olunur. İran ötən illə müqayisədə builki siyahıda üç pillə geriləyib. İran, hətta Uqanda, Mo­zambik, Madaqaskar, Liberiya, Ka­merun, Pakistan və Qırğızıstan kimi ölkələrdən də aşağı düşüb. 

Hüseyn RƏHİMZADƏ

Son xəbərlər