Məktəblər ağır durumdadır

post-img

İran təhsil nazirinin müavini Həmid Rza Xanməhəmmədi ölkədə bu sektorun vəziyyəti barədə açıqlamasında tənqidi fikirlərə də yer verib. 

Nazir müavini deyib: “İranda möv­cud olan məktəblərin ən azı 11 faizi istifadəyə yararsızdır və məktəblərin dövlət vəsaiti hesabına yenidən qu­rulması üçün 50 il lazımdır”. O bu­nunla yanaşı, 7 min məktəbin içməli su təminatının olmadığını bildirib.

Əslində, bütün bunlar gözlə gö­rünən mənzərədir. Təhsilin problem­lərindən sükutla keçilən açıqlamada çoxsaylı xalqların ana dilində təhsil almaq hüququnun pozulması kimi məsələyə diqqət yetirilməməsi haki­miyyətin bu mövzuya heç bir önəm verməməsinin göstəricisidir.

Rəhman GƏNCƏLİ

Son xəbərlər