Xarici işlər nazirlərinin telefon danışığı

post-img

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildiriblər ki, telefon da­nışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi möv­cud problemlər və onların həlli məsələləri müzakirə edilib.

Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilmə­sinə dair razılıq ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin bir sıra regional məsələlər ətrafında fikir mü­badiləsi aparılıb.

Son xəbərlər