Azərbaycanın sülh mövqeyi aydın və konstruktivdir

post-img

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildirilib ki, görüş za­manı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla bey­nəlxalq tərəfdaşların vasitəçiliyi ilə həya­ta keçirilən danışıqların cari vəziyyəti, re­gional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun ola­raq nəqliyyat-kommunikasiyaların açıl­ması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbay­can tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.

Qarşı tərəf Aİ-nin Azərbaycan-Er­mənistan münasibətlərinin normallaş­dırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsir­gəməyəcəklərini bildirib.

Siyasət