Ədliyyə naziri vətəndaşları qəbul edib

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov Qazax rayonunda Qazax, Ağstafa, Tovuz və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Bu barədə Ədliyyə Nazirliyi­nin mətbuat xidmətindən məlu­mat verilib.

Görüşdə vətəndaşların ədliy­yə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilib, Vətən müha­ribəsi iştirakçılarının qayğılarına xüsusi həssaslıqla yanaşılıb. Mü­raciətlərdə qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib. 

Bölgə sakinləri onlara göstə­rilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində ədliyyə naziri, həmçinin yerli ədliyyə orqanlarının və məhkəmənin iş şəraiti ilə tanış olub, ədliyyə iş­çiləri və hakimlərlə görüşüb.

Görüşdə bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbər­liyi ilə ədliyyə və məhkəmə siste­mində müasir çağırışlara uyğun aparılan mütərəqqi islahatlardan bəhs olunub.

Nazir dövlətimizin başçısı­nın tapşırığına əsasən “Elekt­ron məhkəmə” sisteminin tətbiqi üzrə işlərin artıq başa çatdırıla­raq Gəncə və Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan məhkəmələrin, o cüm­lədən Qazax Rayon Məhkəmə­sinin qoşulması ilə e-məhkəmə sisteminin bütün ölkəni tam əhatə etdiyini vurğulayıb.

“Xalq qəzeti”

Son xəbərlər