Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.
La Spezia Hərbi Dəniz Bazasında keçirilən 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinin açılış mərasimində iştirak edən vitse-admiral S.Bəkirov İtaliya Respublikasının müdafiə naziri cənab Guido Crosetto ilə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Beynəlxalq Dəniz Müdafiəsi sərgisi 25 ölkənin HDQ komandanı, 36 ölkənin nümayəndə heyəti və müxtəlif aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilir.
“Xalq qəzeti”