“Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib: “Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.