Dünən ədliyyə naziri Fikrət Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.
Qəbulda Tərtər, Ağdam, Bərdə və digər rayonlardan olan vətəndaşlar dinlənilərək qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib.
Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Səfər çərçivəsində, həmçinin yerli ədliyyə orqanlarının və məhkəmələrin iş şəraiti ilə tanış olunub, işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Rayonda fəaliyyət göstərən ədliyyə işçilərinin və hakimlərin iştirakı ilə tədbir keçirilib. Nazir F.Məmmədov “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz ümummilli liderin mənalı ömür yolundan danışıb, onun demokratik hüquqi dövlət quruculuğunda, müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolunu qeyd edib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

