Pakistan Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz elan edib

post-img

Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib. Bu barədə yerli “Geo Television Network (Geo TV) məlumat yayıb.

Qeyd olunub ki, Ali Məhkəmə İm­ran Xanın dərhal azadlığa buraxılması qərarını verib. Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının rəhbəri İmran Xan dünən məhkəmə qərarı ilə 8 günlük həbs edilib. İmran Xan kor­rupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında it­tiham olunur.

Sabiq hökumət başçısının rəhbər­lik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqal­laşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firma­sından milyardlarla rupi pul vəsaiti al­maqda təqsirli bilinir.

Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etiraz­larına səbəb olub. Pakistanın bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş ve­rib.

 

“Xalq qəzeti”

Son xəbərlər