Baş nazir Əli Əsədov “SpaceX” şirkətinin prezidenti ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (“SpaceX”) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildi­riblər ki, görüşdə Azərbaycanda “Starlink” internet xidmətlərinin göstərilməsi ilə bağlı “SpaceX” şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən, elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiy­yətlər diqqətə çatdırılıb. 

Bakı şəhərinin bu ilin oktyabr ayında keçirilə­cək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev- sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycan ilə “SpaceX” şirkəti ara­sında əməkdaşlığın perspektivləri müzakirə olu­nub.

AZƏRTAC

Son xəbərlər