Sudan ordusunun və çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqlara başlayıb.
“The Associated Press” agentliyi xəbər verir ki, bu görüş ABŞ və Böyük Britaniyanın təklif etdiyi və hərbi əməliyyatların dayandırılmasına hədəflənən təşəbbüsün bir hissəsidir. Münaqişə tərəfləri arasında danışıqlar prosesinin bitməsi üçün son tarix nəzərdə tutulmayıb.
Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır.
Aprelin 15-də tərəflər arasında başlayan silahlı münaqişə nəticəsində 700 nəfər yaxın insanın həlak olduğu, yaralıların sayının 5 minə çatdığını bildirilir. BMT-nin məlumatına əsasən, döyüşlərin başlanğıcından bəri 115 min sudanlı ölkəni tərk etmək məcburiyyətinə qalıb.
“Xalq qəzeti”

