Nazirlər Kabinetində ulu öndər Heydər Əliyevin barelyefi açılıb

post-img

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar mayın 6-da Nazirlər Kabinetinin binası qarşısında ümummilli liderin barelyefinin açılışı olub.

Baş nazir Əli Əsədov və hökumət rəsmiləri açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, barelyefin açılmasında əsas məqsəd ümummilli lider Heydər Əliyevin əziz xatirəsi­ni yad etmək və onun Azərbaycan xalqı üçün gördüyü misilsiz işləri bir daha yada salmaqdır.

Baş nazir deyib ki, ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri olan zaman Mərkəzi Komitə və Nazirlər Kabi­neti məhz bu binada yerləşirdi. 1982-ci il oktyab­rın sonunadək bu binada fəaliyyət göstərən ulu öndər o qədər də böyük olmayan iş otağından Azərbaycan üçün çox mühüm, kifayət qədər böyük işlər görüb. Ümummilli lider Azərbaycan xalqının qəlbində özü üçün o qədər böyük hey­kəl ucaldıb ki, Vətənini, dövlətini, xalqını sevən hər bir azərbaycanlı bunu yüksək qiymətləndirir.



Son xəbərlər