Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə F.Cudanın Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada id­man ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətlən­dirildiyi bildirilib.

Eyni zamanda, Azərbaycan Minifut­bol Federasiyası ilə Dünya Minifutbol Fe­derasiyası arasında əməkdaşlığın pers­pektivləri müzakirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər