Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüş

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə T.Konyets­konun və J.Zunqrananın Azərbaycanda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçək­mə üzrə “Prezident kuboku-2023” reqa­tasında iştirakı yüksək qiymətləndirilib.

Turnirin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, ya­rışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycanla Bey­nəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaş­lığın perspektivləri müzakirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər